AZ

Senator Putinə Trampın ultimatumundan sonra Xameneiyə zəng etməyi tövsiyə edib

Lindsi Qrem: Əgər Putin 51-ci gün nə olacağını bilmək istəyirsə, aətəullah Xameneiyə zəng etsin…

Poliqon xəbər verir ki, ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Rusiya prezidenti Vladimir Putinə ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı irəli sürdüyü ultimatumun nəticələrini öyrənmək üçün İranın ali lideri aətəullah Əli Xameneiyə zəng etməyi məsləhət görüb.

“Əgər Putin və başqaları 51-ci gün nə baş verəcəyini düşünürsə, onlara Xameneiyə zəng etməyi tövsiyə edirəm”, deyə senator sosial şəbəkə X-də yazıb.

Qeyd edək ki, bu sözlər Trampın 50 gün ərzində Ukraynada müharibənin başa çatmaması halında Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik gömrük rüsumlarının tətbiqi ilə bağlı verdiyi bəyanata istinaddır.

Lindsi Qrem həmçinin bildirib ki, Rusiyadan neft alan ölkələr Trampın sözlərini ciddi qəbul etməlidirlər. Onun sözlərinə görə, bu ölkələr Trampın xəbərdarlığına biganə yanaşmamalıdır.

Xatırladaq ki, Tramp 14 iyul tarixində bəyan etmişdi ki, əgər Ukraynada döyüşlər 50 gün ərzində sona yetməzsə, Rusiya və onunla ticarət əlaqələri olan ölkələrdən idxal olunan məhsullara 100%-lik rüsum tətbiq olunacaq. Bundan əvvəl o, Rusiyadan neft, qaz və digər faydalı qazıntılar alan ölkələrə qarşı 500%-lik gömrük rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəyini bildirmişdi.

Poliqon.info

Seçilən
74
50
poliqon.info

10Mənbələr