TV Müsavatın aparıcısı və baş redaktoru Sevinc Telmanqızı tanınmış kinorejissor Ayaz Salayevlə Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsindən, eləcə də ölkəmizdəki rusdilli ziyalıların bu mövzu ilə bağlı susqunluğundan danışıb.
Hər nə qədər təəccüblü görünsə də, kinorejissor aparıcının rus dilində Rusiyadan üzərimizə gələn hücumlara cavab vermək təklifini qəbul edib və iradlarla razılaşıb. O, eyni zamanda cəmiyyətdə onun adının bəzi rusdilli şəxslərlə yanaşı çəkilməsinə də etirazını bildirib.
“Mən milli adamam, məni onlara qatmayın” deyib. A.Salayev eyni zamanda Rusiya prezidentinin ötən həftə rus dilinin qorunması ilə bağlı qəbul etdiyi fərmana da sərt münasibət bildirib: “Tüpürüm Putinin fərmanına!” deyərək, əsəbləşib. Bəli, bu dəfə S.Telmanqızına yox, Rusiya rəhbərliyinə, Rusiyadan üzərimizə gələn hücumlara qəzəblənib və onlara sərt cavablar verib.
Müsahibənin linki aşağıda: