Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Qarabağ” sonuncu – 4-cü yoxlama matçını keçirib.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zalsburq”la qarşılaşıb.
Kaprun stadionunda baş tutan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Köhlən atlar”ın qolunu Nəriman Axundzadə vurub.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını bu gün başa vuracaq.