AZ

Qazaxıstan bu mühüm işi Rusiyaya etibar edəcək?

Qazaxıstan hakimiyyəti yəqin ki, “Rosatom”a ölkənin ilk Atom Elektrik Stansiyasını (AES) ya kreditlə, ya da “tik və işlət” formatında tikməyi təklif edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Lenta.ru”-ya qazaxıstanlı ekspert və politoloq Roman Yuneman məlumat verib.

İyunun ortalarında məlum olub ki, Qazaxıstan hökuməti tərəfindən çağırılan tender komissiyası ilk atom elektrik stansiyasının (AES) tikintisi üzrə beynəlxalq konsorsiumun lideri kimi “Rosatom”u seçib. Korporasiyanın təklifi digər şirkətlər, o cümlədən Çin və Fransa şirkətləri ilə müqayisədə "ən optimal və iqtisadi cəhətdən sərfəli" kimi tanınıb.

"İkinci halda, “Rosatom” son nəticədə stansiyanı idarə edəcək və bütün məbləğ ödənilənə qədər Qazaxıstana elektrik enerjisini razılaşdırılmış tariflə satacaq. Bu, onilliklər çəkəcək", - Yuneman bildirib.

O, izah edib ki, hazırda tərəflər layihənin maliyyələşdirilməsi məsələsini ətraflı şəkildə araşdırmağa çalışırlar, lakin konkret parametrlər hələlik açıqlanmayıb.

Seçilən
152
1
publika.az

7Mənbələr