AZ

Türkiyənin 2026-cı il Oskarına namizəd bəlli oldu

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Oskar Seçici Komitəsi kino dünyasının ən nüfuzlu mükafatlarından olan 98-ci Akademiya Mükafatlarında Türkiyəni "Ən yaxşı beynəlxalq film" kateqoriyasında təmsil edəcək filmi açıqlayıb.

Hafta.az-ın yazdığına görə, komitənin qiymətləndirməsindən sonra 14 namizəd arasından Murat Fıratoğlunun "Hemmenin öldüyü günlərdən biri" filmi Türkiyənin rəsmi Oskar namizədi seçildi.

İlin iddialı əsərləri arasında diqqət çəkən "Hemmenin öldüyü günlərdən biri" filminin premyerası 81-ci Venesiya Beynəlxalq Film Festivalının "Üfüqlər" (Orizzonti) bölməsində baş tutub və burada Münsiflər Heyətinin Xüsusi Mükafatını alıb. Film beynəlxalq uğurundan sonra Türkiyədə keçirilən Adana Qızıl Koza Film Festivalında Ən Yaxşı Film Mükafatını qazanıb.

Oskara iddialı film kənd həyatındakı sinfi gərginliklərdən bəhs edir. İzmirdə iş tapa bilməyən və məmləkəti Siverekə qayıdan Eyüp pomidor qurutmaqla məşğul olur. Hekayə onun maaşını işəgötürən Hemmedən ala bilməyəndə baş verən hadisələr ətrafında cərəyan edir. Həm hekayəsi, həm də ab-havası ilə seçilən filmdə həm baş rolda, həm də ssenari müəllifi rejissor Murat Fıratoğlu çəkilib. Rollarda rejissorun yaxınları və Siverek camaatı ilə yanaşı Salih Taşçı, Səfər Fıratoğlu, Günəş Sayın, Ali Barkın kimi tanınmış simalar da yer alır.

Oskar mükafatlarının qarşıdakı dövrdə də davam edəcəyi gözlənilir. 98-ci Oskar Mükafatları 15 Mart 2026-cı il tarixində keçiriləcək mərasimdə təqdim olunacaq. "One of the Days Hemme Died" önümüzdəki həftələrdə Akademiya tərəfindən müəyyən edilən namizədlərin qısa siyahısından keçəcək.

Seçilən
336
12
hafta.az

10Mənbələr