AZ

Suriya XİN İsrailin hava hücumlarına münasibət bildirib

Dəməşq bu hücumları milli sabitliyə və ölkə birliyinə qarşı yönəlmiş “xain təcavüz” adlandırıb…

Poliqon xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi İsrailin həyata keçirdiyi hava hücumları və koordinasiyalı zərbələrlə bağlı rəsmi bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu hücumlar ölkənin milli sabitliyini pozmağa və Suriyanın birlik və bütövlüyünə zərbə vurmağa yönəlib.

Rəsmi bəyanatda vurğulanır ki, Dəməşq “bu xain təcavüzə və onun nəticələrinə görə tam məsuliyyəti İsrailin üzərinə qoyur” və beynəlxalq təşkilatları, o cümlədən BMT və Təhlükəsizlik Şurasını “öz hüquqi və humanitar öhdəliklərini yerinə yetirməyə” çağırır.

Suriya XİN onu da əlavə edib ki, ölkə vətəndaşlarının, xüsusilə də “druz qardaşlarımızın” müdafiəsi məsələsində qərarlıdır və hər cür hücuma qarşı qətiyyətlə cavab verməyə hazırdır.

Poliqon.info

Seçilən
110
22
poliqon.info

10Mənbələr