AZ

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı “sabitliyi pozan fəaliyyətlərə” görə doqquz şəxsə və altı təşkilata qarşı yeni anti-Rusiya sanksiyaları tətbiq edib.

Bu barədə təşkilatın saytında bildirilir.

Sanksiyalar Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsini, BRİKS Jurnalistləri Assosiasiyasını, Geosiyasi Ekspertiza Mərkəzini və Baltik Donanmasının 841-ci Elektron Müharibə Mərkəzini hədəfləyir.

Bundan əlavə, sanksiya siyahısına bir neçə hərbçi, Avstraliya və Rusiya vətəndaşlığı olan bir bloger və iki Moldova vətəndaşı daxil edilib.

"Cebheinfo.az" 

Seçilən
9
3
cebheinfo.az

5Mənbələr