AZ

Şahin Şıxlinskiyə cinayət işi açıldı

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində cinayət işi açılıb.

Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb. Onun oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.

Hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də "Baku Plaza"nın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

"Cebheinfo.az" xatırladır ki, Ş.Şıxlınsk və oğlu 1 iyulda ailəyə məxsis "Baku Plaza"nın qarşısında saxlanılmışdı.  

“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həmin gün ifadə verdikdən sonra sərbəst buraxılmışdı. Oğlu isə saxlanıldıqdan qısa müddət sonra sərbəst qalmışdı.

Xəzər

"Cebheinfo.az" 

Seçilən
49
37
cebheinfo.az

10Mənbələr