AZ

Şahin Şıxlinski AXTARIŞA VERİLDİ

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski barəsində axtarış elan edilib.

Bizim.Media xəbər verir ki, Şıxlinski ötən gün həbs edilmiş oğlu Mutvalı Şıxlinski kimi dövlət məmuruna qarşı zorakılıqda ittiham olunur.

Qeyd edək ki, Mutvali Şıxlınski və atası Şahin Şıxlınski barəsində cinayət işi açılıb. Onlara qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub. Hər ikisini 5 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski iyulun əvvəli Yekaterinburqda vəhşicəsinə saxlanılmışdılar.

Bizim.Media

Seçilən
25
37
bizim.media

10Mənbələr