“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını A Seriyasının digər klubunda davam etdirə bilər.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, serbiyalı forvard “Milan”a keçmək arzusundadır.
Transferin mümkün məbləği 20 milyon avro qiymətləndirilir.
Vlahoviçin Turin klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
25 yaşlı forvard 2024/25 mövsümündə İtaliya çempionatında “Yuventus”un heyətində 29 oyunda iştirak edib, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.