AZ

Maşınla yük daşıyan vergi ödəyiciləri üçün “Fərqlənmə nişanı” tələbi ləğv edilir - QƏRAR

Bakı. Trend:

Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri iləsərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosialsığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmənişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsiQaydaları”na dəyişiklik edilib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı”və “Xüsusi fərqlənmə nişanı”, habelə yük daşımalarını həyatakeçirən vergi ödəyicilərinə “Xüsusi fərqlənmə nişanı Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan AzərbaycanYerüstü Nəqliyyat Agentliyi tərəfindən veriləcək. Avtomobilnəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirənşəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdəntəqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay,rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmənişanı” almalıdırlar.

Yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindənvergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi iləmüəyyən edilmiş ümumi qaydada yerinə yetirilir. Fərdi qaydada(muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsi ilə yükdaşıma fəaliyyəti üzrə “Sosial sığorta haqqında” qanunda nəzərdətutulmuş qaydada məcburi dövlət sosial sığorta haqqıödəniləcək.

Məqalədə:
Seçilən
43
9
az.trend.az

10Mənbələr