AZ

Bakıda və rayonlarda silahlar aşkarlanaraq götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İyulun 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 alışdırıcı, 1 tüfəng, 37 patron darağı və 1038 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
6
23
xalqqazeti.az

10Mənbələr