AZ

Bu il abituryentlər I və III qruplara üstünlük veriblər

BAKI, 16 iyul. TELEQRAF

"Abituriyentlərin maraqları ənənəvi olaraq qalır. Hər il olduğu kimi, bu il də I və III qruplara üstünlük verilib".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri bildirib ki, IV qrupda kütləvilik müşahidə olunmur. Lakin məhz bu qrupu seçənlər arasında ilin ən savadlı abituriyentləri yer alır: "Qalan abituriyentlər isə daha çox biliyinə güvəndiyi, qəbul plan yerlərinin çox olduğu qrupları seçirlər. Bu da onların ali məktəbə qəbul olunmaq ehtimalını artırır”.

Seçilən
45
4
teleqraf.com

5Mənbələr