Rusiya keyfiyyətə nəzarət qurumu Roskachestvo bir neçə məşhur duz markasında təhlükəli pozuntular aşkar edib.
Doktorm.az xəbər verir ki, "Sol Ticarət Evi", "Valetek", "Ağ Balıq", "Krista" və "Salina" markalarında yod çatışmazlığı, naməlum kimyəvi maddələr və aldadıcı etiketlər müəyyən olunub.
Mütəxəssislər bildirir ki, bu cür duzlar konservasiya zamanı məhsulların xarab olmasına, sağlamlıq üçün risklərə və hətta zəhərlənmələrə səbəb ola bilər. İstehlakçılara yalnız tərkibi şəffaf və qatqısız duz almaq tövsiyə olunur./news24.az