AZ

"Zirə" Türkiyə klubu ilə qarşılaşacaq

"Zirə" bu gün Türkiyədə növbəti yoxlama matçını keçirəcək.

Operativ Media xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi "Pendik"lə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü” (2:1) və "Çorum"dan (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.

Seçilən
32
operativmedia.az

1Mənbələr