AZ

KİV: Əs-Süveydadakı döyüşlər nəticəsində 250 nəfərə yaxın insan həlak olub

Suriyanın Əs-Süveyda şəhərində baş verən toqquşmalar nəticəsində azı 248 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, ölənlər arasında druzların 92 nümayəndəsi var, onlardan 28-i mülki şəxslərdir, daha 21 nəfər isə məhkəmədənkənar edam nəticəsində öldürülüb.

Monitorinq mərkəzinin məlumatına görə, Suriya təhlükəsizlik qüvvələrinin azı 138 əməkdaşı, həmçinin 18 bədəvi döyüşçüsü həlak olub.

Seçilən
13
3
operativmm.az

4Mənbələr