AZ

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb

Bak.Trend:

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində Cəlilabad rayonunun Zopun kəndiistiqamətində dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində meşə təsərrüfatına məxsus ərazidə 1.5 hektarsahədə kol-kos və kənd bələdiyyəsinə məxsus ərazidə 150 hektarsahədə quru ot, kol-kos yanıb. Meşə zolağı yanğından mühafizəolunub.

Qeyd edilir ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiyadəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə vəXüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzivə Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirakedib.

Xatırladaq ki, iyulun 15-də Cəlilabad rayonunun Zopun kəndiistiqamətində dağlıq ərazidə yanğın baş verib. Yanğın nəticəsindəEkologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional MeşəTəsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşədolayında kol-kos və quru ot örtüyü yanıb.

Seçilən
39
25
az.trend.az

10Mənbələr