AZ

Vətəndaşların NƏZƏRİNƏ: Qızmar yay günlərində buna MÜTLƏQ DİQQƏT EDİN!

Havanın temperaturu artdıqca günəşin zərərli təsirləri də artır.

Günvurma adətən ötəri yanaşdığımız, amma vaxtında müdaxilə olunmadıqda həyati təhlükə daşıyan vəziyyətdir.

Referans xəbər verir ki, terapevt Sübhan Hacıyevin sözlərinə görə, başgicəllənmə, ürəkbulanma, başağrısı, halsızlıq, güclü tərləmə və bədən temperaturunun yüksəlməsi günvurmanın əsas əlamətləridir: “Bu əlamətlər ortaya çıxan kimi tibbi yardım göstərilməlidir. Belə hallarda xəstəni dərhal kölgəli və sərin bir yerə aparmaq, bədənini nəmləndirmək, ona soyuq su vermək tövsiyə olunur”.

Günvurmadan qorunmağın ən sadə qaydası günorta saat 11:00-dan 17:00-a qədər birbaşa günəş işığında mümkün qədər az olmaqdır. Mütəxəssislər tövsiyə edirlər ki, bu halda belə aktiv günəş şüalarından qoruna bilmirsinizsə, o zaman yay qarderobunda açıqrəngli geyimlərə üstünlük vermək, yağlı və proteinli qidalardan uzaq dayanmaq tövsiyə olunur. Mütəmadi maye qəbul etmək, kölgədə dayanmağa üstünlük vermək günvurmadan qorunmağın qarşısını almaqda effektiv üsullardan biridir.

Daha ətraflı süjetdə:   



Seçilən
20
referans.az

1Mənbələr