AZ

Livanlı druzlar “Birlik Ordusu” yaratdı

BAKI, 16 iyul. TELEQRAF

Livanlı druzlar Yaxın Şərqdəki druz icmalarını qorumaq üçün "Birlik Ordusu" yaratdıblar.

Teleqraf xəbər verir ki, bu qərar Suriya ordusunun əsasən druzların yaşadığı Es - Suveydə şəhərinə daxil olmasından sonra verilib.

Dəməşq hakimiyyəti bu əməliyyatın məqsədinin şəhəri silahlı qruplardan təmizləmək olduğunu bildirib.

Qeyd edək ki, hadisədən sonra İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə bir neçə hava zərbəsi endirib.

Seçilən
17
teleqraf.com

1Mənbələr