AZ

Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-dən təklif aldıqlarını təsdiqlədi

BAKI, 16 iyul. TELEQRAF

"Azərbaycanı Naxçıvanla birləşdirən yolun idarə olunması ilə bağlı Ermənistan ABŞ-dən təklif alıb".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.

O, təklifin rəsmi və ya qeyri-rəsmi olduğunu deməyib.

"Diplomatik işlərin 90%-i qeyri-rəsmi şəkildə aparılır. Rəsmi hissə son on faizdir, o zaman ki, artıq razılıq əldə olunub və onun rəsmiləşdirilməsi qalır. Bu məsələ ilə bağlı oxşar təkliflər başqa ölkələrdən də gəlib".

Seçilən
65
43
teleqraf.com

10Mənbələr