AZ

Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq - Paşinyan

Bakı. Trend:

Ermənistan hökuməti Azərbaycanla uzunmüddətli sülhün bərqərarolmasına can atır.

Trend erməniKİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziriNikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan bundan sonra Ermənistanla Azərbaycan arasındamüharibənin olmayacağını dilə gətirib.

“Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq.Mahiyyət etibarı ilə biz elə bu məsələnin uzunmüddətli həlliüzərində işləyirik və bu istiqamətdə fəaliyyəti davametdirməliyik”, - baş nazir deyib.

Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidentiİlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındagörüş olub.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziriNikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülhgündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası,Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişininparaflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələraparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksəksəviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldəolunub.

Məqalədə:
Seçilən
79
7
az.trend.az

10Mənbələr