"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsində son matçına çıxıb.
İsveçdə təşkil olunan yarışda 6-cı qrupda yer alan komanda 3-cü turda yerli “Höteborq”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Beləliklə, "Qarabağ" qrup mərhələsini 4 xalla başa vurub. “Qarabağ”ın qrupdakı mövqeyi son turun digər matçından sonra dəqiqləşəcək.
Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" ardınca “Sportinq Laqos”la heç-heçə edib – 0:0.