Məhkəmə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğluya hökm oxuyub.
Modern.az xəbər verir ki, Əkrəm İmamoğlu barədə 1 il 8 ay həbs qərarı verilib.
Xatırladaq ki, yanvarda İstanbul Baş prokuroru Akın Gülləyə qarşı işlətdiyi ifadələrə görə İmamoğluya "dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək", "hədə-qorxu gəlmək" və "terrorla mübarizədə iştirak edən şəxsləri hədəf almaq" maddələri ilə cinayət işi açılıb.