AZ

Trampın idxal rüsumları ABŞ büdcəsinə milyardlarla dollar QAZANDIRDI

ABŞ Prezidenti Donald Trampın xarici məhsullara tətbiq etdiyi idxal rüsumları federal büdcəyə təxminən 50 milyard dollar əlavə gəlir gətirib.

News24.az xəbər verir ki, bu barədə  ABŞ Maliyyə Nazirliyinin məlumatlarında qeyd olunub.

Qoruyucu tədbirlərin tətbiqindən bəri ABŞ dövlət xəzinəsinə ümumilikdə əlavə 47 milyard dollar daxil olub. 2025-ci ilin ikinci rübündə ümumi gömrük rüsumları 64 milyard dollara çatıb və 2024-cü ilin eyni dövrünün göstəricilərini 47 milyard dollar üstələyib.

Nyu York Şəhər Universitetinin beynəlxalq iqtisadiyyat professoru Marta Benqoa bu dinamikanı ilk növbədə ABŞ-ın qlobal ticarət axınlarının strukturunda aparıcı rolu ilə əlaqələndirib. Onun sözlərinə görə, bu, üçüncü ölkələrin Amerika məhsullarına qarşı cavab tədbirlərini daha az cəlbedici edir, hətta "siyasi mənada faydalı ola bilər".

Aqil

Seçilən
84
50
news24.az

10Mənbələr