AZ

KİV: ABŞ miqrantların saxlanma yerlərinin sayını artıracaq

BAKI, 19 iyul. TELEQRAF

ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) müvəqqəti saxlanma mərkəzləri qismində böyük çadır düşərgələri yaratmaqla qeyri-qanuni miqrantların saxlanılması və deportasiya imkanlarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə qurumun xidməti sənədlərini əldə etmiş “The Wall Street Journal” qəzeti məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların deportasiya tempinin artırılmasının qarşısında duran əsas maneənin müvəqqəti saxlanma mərkəzlərində yerlərin çatışmazlığı olduğunu hesab edir. 2025-ci ilin sonuna qədər xidmət çarpayı yerlərinin sayını 100 minə çatdırmağı planlaşdırır.

Qəzet qeyd edir, Trampın ikinci prezidentlik dövrünün əvvəlində bu yerlərindən sayı cəmi 40 min təşkil edirdi.

ABŞ hakimiyyəti yaxın perspektivdə hərbi bazaların və artıq mövcud olan miqrantların saxlanma mərkəzlərinin ərazisində minlərlə çadır qurmağı planlaşdırır. Bildirilir ki, müvəqqəti çadır düşərgələrinə üstünlük verilməsi artıq ABŞ administrasiyasında ziddiyyətlərə səbəb olub. Bəzi məmurlar miqrantların bir neçə böyük mərkəzdə mərkəzləşdirilmiş şəkildə saxlanılmasını daha sərfəli hesab etsələr də, insanların belə yerlərdə uzun müddət qalması, xüsusilə daşqın və qasırğalara məruz qalan bölgələrdə fəlakətlə nəticələnə bilər.

Qeyd edək ki, ICE-nin tabeliyində ümumilikdə 200-dən çox miqrantların müvəqqəti saxlanma mərkəzi fəaliyyət göstərir. İyulun 4-də Tramp miqrantların saxlanma imkanlarının genişləndirilməsi üçün 45 milyard ABŞ dollarının ayrılmasını nəzərdə tutan qanun imzalayıb.

Seçilən
48
50
teleqraf.com

10Mənbələr