AZ

Bu il təmin olunmuş istehlakçı müraciətlərinin sayı 4 dəfə artıb

BAKI, 16 iyul. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 329 istehlakçı müraciəti təmin olunub. Ümumilikdə, təmin olunmuş müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfəyədək artım qeydə alınıb.

Bu barədə Teleqraf-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Bunlardan 255-i rabitə, 22-si qaz təchizatı, 21-i içməli su, 15-i elektrik enerjisi, 7-si istilik enerjisi, 5-i dəmiryol nəqliyyatı, 3-ü hava yolu nəqliyyatı, 1-i poçt xidməti sahəsində olub.

phrase_var_article.chosen
36
19
teleqraf.com

10phrase_var_article.sources