Uşu-Sanda üzrə Türkiyənin Edirnə şəhərində 8-ci açıq Balkan Avrasiya Kuboku keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edən idmançılardan biri Şamil Hacızadə olub.
O, 80 kq çəki dərəcəsində iki türk idmançısını məğlub edərək çempion olub.