AZ

Adriel Ba Lua: “Qəbələ” ilə çox yaxşı işlər görə bilərik”

“Qəbələ”nin yeni transferi, 28 yaşlı yarımmüdafiəçi Adriel Ba Lua klubun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, yeni komandasının keyfiyyətli futbolçulara malik olduğunu söyləyib:

“Fikrimcə, keyfiyyətli komandamız var. “Qəbələ” ötən il Birinci Liqada çempion olub və düşünürəm ki, bu təsadüfi deyil. Komandanı bir çox futbolçuların tərk etməsinə baxmayaraq, heyətimizin keyfiyyətli olduğunu düşünürəm. Peşəkar və təcrübəli məşqçilər korpusumuzla gözəl işlər görə bilərik. Ümidvaram ki, yaxşı nəticələrə imza atmağı bacaracağıq. Mən də “Qəbələ” üçün əlimdən gələni edəcəyəm”.

Fil Dişi Sahilindən olan futbolçu Azərbaycanı çox bəyənib:

“Azərbaycanın çox yaxşı insanları var. Komandamızda da hələlik hər şey qaydasındadır. Əvvəllər Azərbaycan haqqında məlumatım yox idi. “Qəbələ”dən dəvət gəldikdən sonra araşdırdım, hər şeyi götür-qoy etdim və sonda qərarımı verdim. Burada olmaq çox xoşdur. Azərbaycan və Qəbələ gözəldir”.

Qeyd edək ki, klub Adriel Ba Lua bir neçə gün öncə “Qəbələ” ilə 1 illik müqavilə imzalayıb.

phrase_var_article.chosen
21
5
arena.az

9phrase_var_article.sources