YAP Salyan rayon təşkilatının yaradılmasının 32 illiyinə həsr edilmiş “Siyasi iradədən mili birliyə” mövzusunda konfrans keçirilib. Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında keçirilən konfrasda Salyan RİH başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov, rayon təşkilatının üzvləri, ziyalılar və partiya fəalları iştirak ediblər.
Konfrans iştirakçıları Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfrasda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Salyan RİH başçısı Rüstəm Xəlilov çıxış edərək yaradılmasının 32 illiyi qeyd edilən rayon təşkilatının hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formlaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edib.
Rayon rəhbəri çıxışında bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəklədiyini və böyük əzmlə dövlətinin, xalqının, vətəninin mənafeyi naminə səy göstərdiyini vurğulayıb.
Konfransda YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək rayon təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə siyasi həmkirləri təbrik edib, partiyanın tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən bəhs edib.
Digər çıxış edənlər əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik edib, Yeni Azərbaycan Partiyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs ediblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.












10phrase_var_article.sources
-
mia.azNəsimi rayonunda "Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib - FOTOLAR ( 19540586)
-
tribunainfo.azNəsimidə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirildi – Fotolar ( 19515776)
-
yeniazerbaycan.comNəsimi rayonunda"Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib ( 19500287)
-
qafqazinfo.azNəsimidə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirildi - Fotolar ( 19491275)
-
poliqon.infoNəsimi rayonunda "Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib ( 19490588)
-
veteninfo.azNəsimi rayonunda Milli Mətbuatın 150 illiyinə həsr olunmuş “Mətbuatımızın təşəkkülü və tarixi missiyası” adlı tədbir keçirilib ( 19490258)
-
7news.azNəsimi rayonunda Milli Mətbuatın 150 illiyinə həsr olunmuş "Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib ( 19490414)
-
newscenter.azNəsimi rayonunda "Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib ( 19486799)
-
newscenter.azNəsimi rayonunda Mətbuatımızın təşəkkülü və tarixi missiyası adlı tədbir keçirilib ( 19486898)
-
demokrat.azSalyan rayon təşkilatının yaradılmasının 32 illiyinə həsr edilmiş konfrans keçirildi — FOTOLAR ( 19337620)