Suriyanın Suveyda şəhərində atəşkəs razılaşması əldə edilib.
Publika.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Suriya Daxili İşlər Nazirliyindəki mənbənin agentliyə bildirdiyinə görə, Suveydada təhlükəsizlik keçid məntəqələrinin qurulması və şəhərin tamamilə dövlət nəzarətinə yenidən inteqrasiyası ilə atəşkəs razılaşması əldə olunub.