ABŞ İsraili Suriyaya zərbələri dayandırmağa çağırıb
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrail hakimiyyətini Suriyaya zərbələri dayandırmağa çağırıb
Bu barədə Axios-un müxbiri Barak Ravid yüksək vəzifəli mənbəyə istinadən X sosial şəbəkəsində məlumat verib.
“Tramp administrasiyası İsraildən ölkənin cənubunda Suriya qoşunlarına zərbələr endirməyi dayandırmağı xahiş edib”, - deyə jurnalist yazıb.
Bir müddət əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Vaşinqton İsrailin Suriyaya zərbə endirməsindən narahatdır və bu məsələni maraqlı tərəflərlə müzakirə edir.
aia.az
Tərcümə şöbəsi