AZ

Ağdaşda yeniyetmə kanalda batdı

Ağdaşda yeniyetmə kanalda batıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2008-ci il təvəllüdlü D. Süleymanlı Yuxarı Şirvan kanalında çimərkən batıb.

Föfqəladə Hallar Nazirliyindən Heftelik.az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Seçilən
23
10
heftelik.az

10Mənbələr