AZ

Qazaxın 10 kəndində qaz kəsiləcək

Qazax rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Şəmkir Regional Qaz İstismarı İdarəsinin Qazax Xidmət Sahəsinə aid Əskipara AQPS-dən qidalanan Ülkməzli kəndi ərazisində diametri 530 millimetr olan qaz xəttində kompresatorun birləşmə hissəsində kəskin qaz sızması aşkar edilib.

Qaz sızmasının aradan qaldırılması və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Daş Salahlı, Bala Çaylı, Çaylı, Ülkməzli, Dəmirşçilər, Alpoud, Abbasbəyli, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərinin qaz təchizatı dayandırılacaq. Ümumilikdə, təqribən 4 100 abonent bu fasilədən təsirlənəcək.

Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

Seçilən
8
15
operativmm.az

10Mənbələr