Demokrat.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Druzların liderlərindən biri Yusif Cərbu Suriya hökuməti ilə Əs-Suveyda əyalətində atəşkəslə bağlı razılığa gəldiyini bildirib. Suriyanın SANA agentliyinin Ərəb Respublikasının Daxili İşlər Nazirliyindəki mənbəsi də atəşkəs barədə məlumat verib.
Yusif Cərbu atəşkəsin dərhal qüvvəyə minəcəyini bildirib. SANA-dakı mənbə qeyd edib ki, nəzarət-buraxılış məntəqələri Əs-Suveyda əyalətinin paytaxtı olan eyniadlı şəhərdə yaradılacaq.