AZ

“Zirə” “Pendikspor”a 4 cavabsız qolla qalib gəldi

Növbəti mövsümə hazırlaşan “Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi “Pendikspor”la üz-üzə gəlib.

Görüş “qartallar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bakı klubunun heyətində Brahim Konate (64), Davit Volkov (66) və Junior Martins (73, 79) fərqləniblər.

Xatırladaq ki, qəsəbə komandası daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzmuşdu. Türkiyədə isə “qartallar” yerli “Ankara Keçiörengücü” (2:1) və “Çorum” (2:0), İordaniyanın “Əl-Hüseyn” (1:0) komandalarından üstün olmuşdu.

Qeyd edək ki, “Zirə” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Komanda bu turnirin 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də 8-ci km stadionunda keçiriləcək. Bu matça saat 19:30-da start veriləcək. Cavab görüşü isə iyulun 31-də “Polyud Stadium”da baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Seçilən
46
15
arena.az

10Mənbələr