AZ

“İsrail-Suriya gərginliyi yaxın saatlarda sona çatacaq” – Rubio

İsrail və Suriya arasında gərginliyin yaxın saatlarda həlli tapılacaq.

Bakues.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio Ağ Evdə ABŞ və Bəhreyn liderlərinin görüşündə deyib: “Yaxın saatlarda gördüklərinizi dayandırmaq istiqamətində real irəliləyiş görəcəyik”.

O bildirib ki, Suriyada vəziyyət mürəkkəbdir – cənubdakı qruplar arasında uzunmüddətli mübarizə gedir. Birləşmiş Ştatlar nizamlama üzrə danışıqlarla məşğuldur və hesab edir ki, İsrail və Suriya “real deeskalasiya yolundadır”.

Seçilən
58
3
icma.az

10Mənbələr