AZ

Zaqatala sakininin meyiti tapılıb

Zaqatala sakininin meyiti tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Zaqatala rayonu Aşağı Tala kənd sakini Aslan Abbasovun meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
6
apa.az

7Mənbələr