Laçın rayonunun Zerti kəndi yaxınlığında meşə yanğını davam edir.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, yanğın keçmiş döyüş sahəsində baş verir.
Bu səbəbdən alovun söndürülməsi zamanı şəxsi heyətin genişmiqyaslı müdaxiləsi məhdudlaşıb. Səbəb ərazidə mina və partlamamış döyüş sursatlarının olma ehtimalıdır.
Hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb olunub. Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir.
————-
22:01
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.