Bəhreyn Krallığının rəhbərliyi Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün raketlərin göndərilməsini planlaşdırmır.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirilən görüş zamanı bəyan edib.
“Hazırda belə bir planımız yoxdur, çünki bu raketləri hazırda Bəhreyndə saxlamaq zərurətimiz var”, – deyə Baş nazir bildirib.