AZ

Franko Kovaçeviç: "Bakıda tez özümüzə gəldik"

"İlk matç istədiyimiz kimi başlamadı. Amma tez özümüzə gəldik və sonda qələbə qazandıq."

İdman.biz xəbər verir ki, bunu "Selye"nin hücumçusu Franko Kovaçeviç Avropa Liqası 1-ci təsnifat mərhələsinin "Sabah"la cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.

25 yaşlı xorvatiyalı futbolçu Azərbaycan təmsilçisi haqda kifayət qədər məlumata sahib olduqlarını bildirib: "Vurduğum hər iki qolda işin çoxunu komanda etdi. Mən sadəcə topa son toxunuşu etdim və onu qapıdan keçirdim. "Selye"də özümü yaxşı hiss edirəm, burada məni gözəl qarşıladılar. Mərhələ adlamaq üçün rəqib haqqında lazım olan bütün məlumatlara sahibik. Baş məşqçi matçın planını hazırlayan şəxsdir. Bizim işimiz isə onu mümkün qədər yaxşı yerinə yetirməkdir".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən qarşılaşma "Selye"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Sabah Sloveniyada keçiriləcək cavab qarşılaşması saat 22:00-da start götürəcək.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr