AZ

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - Video

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, oğlunun ölüm xəbərini eşidən yaralı anası Günel Əliyeva da vəfat edib.

Qonşuların sözlərinə görə, Mehdigil ziyalı ailə olublar:

“Ziyalı ailə idilər. Mehdi ilə həyətdə 10-15 dəqiqə söhbət etdik. Hardasa 12 dəqiqə olardı biz aralanmışdıq, həmin hadisə baş verdi. Özümə deyirəm, kaş ki, onun vaxtını alardım, orada 20 dəqiqə yubadardım. Bəlkə onun başına bu hadisə gəlməyəcəkdi”.

Qeyd edək ki, hadisə zamanı mənzildə olan uşaqlardan biri sağdır. Partlayışa səbəb olan usta Novruz Əliyev də xəstəxanada dünyasını dəyişib. 

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Seçilən
24
6
qafqazinfo.az

7Mənbələr