AZ

Qurban Qurbanov "Qarabağ"la geri qayıtmadı, bu ölkəyə yollandı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) komandalarının oyununu izləmək üçün Şimali İrlandiyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu gün Avstriyada təlim-məşq toplanışını başa vuran və Bakıya yola düşən kollektivdə yer almayıb.

Baş məşqçi ilə birgə video-analitik məşqçi Yanuş Vasilyev də qarşılaşmanı stadiondan canlı olaraq izləyəcək.

Belfastdakı "Windsor Park” stadionundakı matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Seçilən
44
15
sportinfo.az

10Mənbələr