AZ

"Qarabağ" U-17 qrup mərhələsini 3-cü pillədə başa vurub

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, IV qrupda yer alan təmsilçimiz son turda “Göteborq”la qarşılaşıb.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk turda digər İsveç təmsilçisi “Myallbu”nu 2:1 hesabı ilə məğlub edən "Qarabağ" ardınca “Sportinq Laqos”la heç-heçə edib – 0:0.

Qeyd edək ki, təmsilçimiz qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vuraraq, pley-offdan kənarda qalıb. “Sportinq Laqos” 7, “Göteborq” 6 xal toplayıb.

İdman.biz

Seçilən
33
1
idman.biz

2Mənbələr