AZ

Rubio: Suriya münaqişəsində iştirak edən bütün tərəflər vəziyyətin stabilləşməsi üçün konkret addımları razılaşdırıblar

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İsrail və Suriya arasında baş verən toqquşmalarla bağlı aparılan danışıqlar nəticəsində münaqişədə iştirak edən bütün tərəflər vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün konkret addımları razılaşdırıblar.

APA xəbər verir ki, Rubio bunu "X" hesabında yazıb.

“Biz Suriyadakı qarşıdurmalara cəlb olunan bütün tərəfləri danışıqlara qoşduq. Konkret addımlar razılaşdırıldı və bu addımlar artıq 16 iyul axşamından etibarən narahatedici və dəhşətli vəziyyətə son qoymağa imkan verəcək”, – deyə Rubio qeyd edib.

Seçilən
33
apa.az

1Mənbələr