Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.
Publika.az xəbər verir ki, bu barədə “360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.
Onun sözlərinə görə, bütün lazımi əşyaların köçürülməsi üçün bir neçə görüş təşkil olunub.
"Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur, onların lazım olan hər şeyi var. Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”, - deyə o qeyd edib.
Məlumata görə, görüşlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.