AZ

Gəncədə yol qəzası: Yaralı var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bakues.az-ın məlumatına görə, qəza Nizami Gəncəvi prospektində, Gəncəçay üzərində yerləşən körpüdə qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KIA” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı məhəccərlərə çırpılıb.

Hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
2
icma.az

3Mənbələr