“Qəzza zolağında böyük humanitar fəlakət baş verib və BMT Təhlükəsizlik Şurası indiyədək zorakılığı dayandıra bilməyib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bu gün Cenevrədə “Qlobal Miqrasiya Forumu 2023” adlı iclasda bildirib. O, Fələstin anklavında dərhal, davamlı atəşkəsə çağırıb.
BMT-nin ali komissarı bildirib ki, dünyada 114 milyon insan təqiblər, insan hüquqlarının pozulması, zorakılıq, silahlı münaqişələr və vətəndaş iğtişaşları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Forumda Qrandidən başqa, İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyinin rəhbəri Kristina Şraner Burgener, Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim, BMT-nin nümayəndələri və bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirlər.
“AzPolitika.info”