AZ

Devis: “Kiyev Moskvanın şərtlərini qəbul etməlidir” | VİDEO

AzVision.az xəbər verir ki, ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis özünün YouTube-kanalında belə deyib.

“Ukrayna tərəfi sadəcə bir dəyişiklik ümidi ilə mübarizəni davam etdirir. Bu, indi Kiyev üçün əlverişsiz olsa da, münaqişənin Rusiyanın şərtləri əsasında danışıqlar yolu ilə həllinin lehinə rasional seçimi əngəlləyir. Lakin danışıqlar həm insan, həm də ərazi itkilərini dayandıracaq”, - amerikalı hərbçi vurğulayıb.

Daniel Devisin fikrincə, əgər Ukraynada bundan sonra da kor-koranə möcüzəyə ümid etsələr, indi sahib olduqları hər şeyi sözün əsl mənasında itirə bilərlər. Volodimir Zelenskinin Ukraynadakı münaqişəni uzatmaq cəhdi isə ümumiyyətlə mənasızdır.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
74
azvision.az

1Mənbələr