AZ

Suriya geri çəkilir, İsrail isə təhdid edir | VİDEO

AzVision.az xəbər verir ki, mənbəyə istinad edən yerli “Sham FM” radiostansiyasının yaydığı məlumata görə, qoşunların çıxarılması şəhərə əyalət əhalisinin əksəriyyətini təşkil edən etnik qrup olan druzlardan ibarət yerli daxili təhlükəsizlik qüvvələrinin yerləşdirilməsindən sonra baş verib.

“SANA” agentliyi də Suriya ordusunun Əs-Suveydada druzlara qarşı əməliyyatı bitirdiyini və qoşunların çıxarılmasına başladığını təsdiqləyib.

Bu arada İsrailin Xarici İşlər naziri Gideon Saar keçirdiyi brifinqdə Təl-Əvivin Suriyanın cənub bölgələrində status-kvonu saxlamaq və sərhədlərində təhlükəsizliyi təmin etmək niyyətində olduğunu açıalyıb.


“Bizim Suriyadakı maraqlarımız məlumdur, onlar məhdud və aydındır. İlk növbədə, Suriyanın cənubunda, sərhədimizə yaxın ərazidə status-kvonu saxlamaq və bölgədə İsrailə qarşı təhlükələrin yaranmasının qarşısını almaq. İkincisi, güclü və davamlı əlaqələrimiz olan dost cəmiyyətinə zərər vurmamaqdır. İsrailin Suriyada maraqlarının hər hansı şəkildə pozulması cavabsız qalmayacaq”,- Gideon Saar vurğulayıb.

Bundan əvvəl İsrail ordusu Dəməşqdə Suriya ordusunun Baş Qərargahının binaları kompleksinə zərbələr endirib. İsrailin Müdafiə naziri İsrael Kats Suriyanın hökumət qoşunlarının druzların yaşadığı Əs-Suveyd şəhəri ərazisindən çıxmayacağı təqdirda, Suriyaya zərbələrin davam edəcəyi barədə Dəməşqə xəbərdarlıq ünvanlayıb.


Xatırladaq ki, iki gün əvvəl Əs-Suveydada druz qruplarının ərəb bədəvi qəbilələrinə məxsus bir neçə avtomobili ələ keçirməsindən sonra kiçik silahlı toqquşmalar baş verib.

Hər iki tərəfin bir neçə mülki şəxsi saxlaması ilə qarşıdurma daha da böyüyüb. Toqquşmalar nəticəsində azı onlarla adam ölüb, 100 nəfərdən çox insan isə yaralanıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
26
6
azvision.az

9Mənbələr