AZ

Suriyada son iki günün toqquşmasında azı 356 nəfər həlak olub

Yazını böyüt
Yazını kiçilt

Suriyanın Əs-Süveyda əyalətində hökumət qüvvələri ilə druz yaraqlıları arasında baş verən silahlı toqquşmalarda azı 356 nəfər həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb. Məlumata görə, həlak olanlar arasında 55 mülki şəxs və özünümüdafiə qüvvələrinin 79 döyüşçüsü var. Sabitliyi bərpa etmək üçün Dəməşqdən göndərilən Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin 189 xüsusi təyinatlısı həlak olub.

Qeyd edək ki, Suriyanın müvəqqəti hökumət qüvvələri ilə druz yaraqlıları arasında toqquşmalar iyulun 14-dən başlayıb.

Seçilən
43
2
hafta.az

3Mənbələr